Abstract:
Kitab 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəində qanı ilə tarix yazan oğullarımızdan biri - şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun döyüş yolundan bəhs edir.
Xatırladırıq ki, 2016-cı ilin Aprel döyüşlərində və 2020-cil ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edən, 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərən Orxan Əkbərov düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Orxan Əkbərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" Fəxri adı verilmişdir.
Eyni zamanda Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən canlı döyüş əməliyyatlarındakı igidlik və şücaət nümayiş etdirdiyinə görə, Orxan Əkbərov Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-cil il tarixli Sərəncamına əsasən "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilmişdir.
Kitabda şəhid qəhrəman Orxan Əkbərovun döyüş yoldaşlarının, komandir və əsgərlərinin, eləcə də dostlarının, ailə üzvlərinin, orta məktəbdə dərs demiş müəllimlərin və s. xatirələri toplanmışdır.